Asma.az

Haqqımızda

Azərbaycan Sertifikatlaşdırılmış Mühasiblər Assosiyası (ASMA)-Peşəkar Mühasib Təşkilatı
Azərbaycan Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası İctimai Birliyi (ASMA) – 06 iyul 2000-ci ildə təsis olunmuşdur.
Uzun müddətli və dayanıqlı fəaliyyətimizin nəticəsi olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 28 aprel 2023-cü il tarixli, 3-23/3- 4- 1/2023 saylı Qərarına əsasən «Peşəkar mühasib təşkilatı” kimi akkreditasiya olunduq.
ASMA-nın əsas məqsədi mühasibat, maliyyə və idarəetmə uçotu sahəsində çalışan peşəkar mütəxəssislərin birləşdirilməsi,mühasibat uçotunda islahatlarının həyata keçirilməsinin və mühasibatlığın beynəlxalq standartlarının tətbiq edilməsinin təşviq edilməsi, birlik üzvlərinin daimi peşəkar inkişafı və fəaliyyəti üçün əlverişli şərait təşkil edilməsi, təcrübə mübadiləsi, məlumat təminatını yaratmaqdır.
Bu yolda Peşəkar Mühasiblər və Maliyyəçilər üçün Təlimlər və Seminarların təşkilini həyata keçiririk.